Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzerTimes xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Sabir Məmmədov idarə etdiyi VAZ-2106 markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.