Göyçayda 70 min nəfərdən artıq şəxs vaksin olunub

Xəbər - Samir Əli – Trend:

Bölgələrdə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi sürətləndirilib.

Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən AzerTimes-a verilən məlumata görə, bu günə qədər rayon üzrə 96 min 479 vaksin istifadə olunub. Rayon üzrə 44 min 1279 nəfər artıq birinci dozanı qəbul edib. 26 min 159 nəfər isə hər iki doza peyvənd olunub. Hazırda peyvəndləmə prosesi davam etdirilir.

Xəstəxanadan qeyd ediblər ki, bu günə qədər peyvənd olunanlar sırasında əks təsir faktı aşkar edilməyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 27-ə olan məlumatına görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 6 493 757, o cümlədən birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.


Twitter: @GuleliyevSamir

Teqlər: