Xəbər - Samir Əli – Trend:
Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam etdirilir.
Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən AzerTimes-a verilən məlumata görə, indiyə qədər rayon üzrə 3 094 nəfər koronavirusa qarşı vaksin olunub:
“Onlardan 571 nəfəri artıq ikinci dozanı qəbul edib. Peyvənd olunanlardan 1 382 nəfəri tibb işçisi, 1 712 nəfəri isə 50 yaşdan yuxarı insanlardır. Ümumilikdə, ilkin mərhələ üçün xəstəxanaya 4 766 vaksin verilib. Onlardan 1 666-sı qalıb”.