Xəbər - Samir Əli – Trend:
Göyçay rayonunda qətl hadisəsi baş verib.
Göygöl rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.