Xəbər - Samir Əli – Trend:
Göyçay rayonunda 21 yaşlı qızı qaçırıb tövlədə işgəncə verən
şəxs saxlanılıb.
AzerTimes-ın məlumatına görə, rayonun Ulaşlı Şıxlı kənd sakini
Feyruz Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanlılıb.
Hadisə ilə bağlı oğlanın atası Mahmud Əliyev də polisə dəvət
olunsa da, onun izahatı alındıqdan sonra buraxılıb.
Məlumatda bildirilir ki, oğurlanaraq işgəncələrə məruz qalan qız
ailəsinə qaytarılıb və nəzarətə götürülüb.
Faktla bağlı Göyçay rayon Polis şöbəsində araşdırmalar davam
etdirilir.
Xatırladaq ki, Göyçay rayonunun Ulaşlı Şıxlı kəndinində, kənd
sakini Feyruz Əliyev həmkəndlisi, 21 yaşlı qızı evlənmək məqsədilə
qaçırıb. Qızı evinəə gətirən F. Əliyev gənc qızı qaçırdıqdan sonra
onu tövlədə gizlədiblər.
Onlara müqavimət göstərən qızın əlləri və ağzı bağlanılaraq
tövlədə saxlanılıb.
Hadisədən xəbər tutan qızın ailə üzvləri bu barədə aidiyyəti
qurumlar hüquq mühafizə orqanlarına məlumat verib.