Göyçay yolunda ağır nəqliyyat qəzası baş verib

Göyçay yolunda ağır nəqliyyat qəzası baş verib

Göyçayda minik və yük avtomobilləri toqquşub, hadisə nəticəsində 3 nəfər yerindəcə keçinib.

Yol qəzası Qaraməryəm-İsmayıllı yolunun 3-cü kilometrində, Göyçay rayonunun Yekəxana kəndinin ərazisində qeydə alınıb.

“VAZ 21099” markalı minik və “Şaqman” markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər: 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır