Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medal qazanıb.
AzerTimes xəbər verir ki, 20 yaşlı şahmatçımız 9-cu turda erməni rəqibi Məryəm Mkrtçyanı məğlub edib. Aktivində 8 xal olan Gövhər 10-cu turda Zala Ur (Sloveniya) ilə heç-heçə edib. Yarım xal qazanan şahmatçımız xallarının sayını 8,5-ə çatdıraraq dünya çempionu olub.
G.Beydullayeva bu qalibiyyətlə Azərbaycan şahmat tarixində ilkə imza atıb. O, 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçımızdır.