İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında təmsilçilərimiz 10-cu turda iştirak ediblər.
AzerTimes xəbər verir ki, bu gün keçirilən 10-cu turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə ediblər. Oğlanlar arasında Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib.
Dünya çempionatında uğurla çıxış edən şahmatçılarımızın mükafatçılar sırasında yer almaq şansı var. Belə ki, qızların yarışında 8,5 xalla ən yaxın izləyicisini 1 xal qabaqlayan G.Beydullayeva çempionluğun bir addımlığındadır. Liderdən (8 xal) yarım xal geri qalan A.Qədimbəyli ikinci pillədə qərarlaşıb. Aktivində 7 xal olan M.Muradlı 3-11-ci, L.Hacıyeva 3-9-cu yerləri bölüşür.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.