Slovakiyanın XİN rəhbəri Juray Blanara və müdafiə naziri Robert Kalinyaka göstəriş vermişəm ki, ABŞ-ın bu qərarını heç bir beynəlxalq forumda dəstəkləməsinlər.
AzerTimes xəbər verir ki, bunu Slovakiya Baş naziri Roberto Fitso ABŞ-ın Ukraynaya ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi ilə bağlı deyib.
“Slovakiya Ukrayna ilə qonşudur və Ukraynada sülhün hökm sürməsində həyati maraqlıdır. Münaqişənin gərginləşməsinə yönəlmiş addımları alqışlayanlar isə Slovakiyanın milli-dövlət maraqlarına xələl gətirirlər”, – o bildirib.