Göstərdik ki, Rusiyadan qorxmaq lazım deyil!

Göstərdik ki, Rusiyadan qorxmaq lazım deyil!

Baltikyanı ölkələr antirusiya sanksiyalarının nəticələrindən digər Avropa dövlətləri ilə müqayisədə daha çox zərər çəkib, lakin onlar Moskvaya sanksiya təzyiqinin artırılmasının tərəfdarı olmaqda davam edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Latviyanın baş naziri Krişyanis Karinş deyib.

“Avropanın bütün dövlətləri arasında bu sanksiyalardan ən çox zərər çəkən Baltikyanı ölkələr oldu, lakin bu, bizim Ukraynaya kömək etmək, Rusiya və Belarusa qarşı sanksiyalar tələb etmək niyyətimizi azaltmadı. Biz öz nümunəmizlə göstərdik ki, qorxmaq lazım deyil və Rusiya ilə bəzi əlaqələri açıq qoyaraq, Ukraynanı dəstəkləmək daha vacibdir”, – deyə baş nazir bildirib.

Teqlər: