Görüşə bilməyəcəyik, haqlarını halal etsinlər – Ərdoğan

Görüşə bilməyəcəyik, haqlarını halal etsinlər – Ərdoğan

Gərgin iş rejimi nəticəsində canlı yayımda halım pisləşdiyinə görə “keçmiş olsun” arzularını çatdıran, dualarını əskik etməyən millətimin hər bir fərdinə, hər bir qardaşıma təşəkkür edirəm.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.

O bildirib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün evdə istirahət edəcək:

“Qırıqqalalı, Yozqatlı və Sivaslı qardaşlarımızla təəssüf ki, bu gün görüşə bilməyəcəyik. Hər birindən xahiş edirəm ki, haqlarını halal etsinlər”.

Ərdoğan qeyd edib ki, bu gün vitse-prezident Fuad Oqtay Qırıqqala, Yozqat və Sivasa gedəcək:

“Allahın köməkliyi ilə sabahdan etibarən işlərimizə davam edəcəyik. Əziz millətimizlə Türkiyəni yüzillik hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bütün vətəndaşlarımıza sağlamlıq arzulayıram”.

Teqlər: