Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası bildirib.
“Tarix və yer ilə bağlı hələ konkret bir şey yoxdur. Görüşün gündəliyi var, diplomatik kanallarla müvafiq işlər aparılır”, – məlumatda bildirilib.
Bildirib ki, Türkiyə Rusiyaya Ukrayna ilə danışıqların bərpasını təklif edəcək.