Avropa Birliyi (AB) Şurası Macarıstanın AB-nin ümumi siyasətinə xələl gətirməsinə cavab olaraq üzv ölkələrin xarici işlər nazirlərinin Budapeştdə qeyri-rəsmi görüşünü keçirməkdən imtina edib, buna görə də iclas Brüsseldə çağırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib.