Görürük, Türkiyəyə təzyiqlər var – Peskov

Görürük, Türkiyəyə təzyiqlər var – Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi təəssüratını səhv adlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Bu yanlış təəssüratdır. Rusiya-Türkiyə təmasları və iqtisadi dialoqu bütün mövcud problemlərlə davam edir. Həm amerikalıların, həm də ingilislərin, onların yaratdığı kvazi-kəşfiyyat orqanlarının misli görünməmiş təzyiqindən xəbərdarıq. Məmurları, biznes rəhbərlərini yığıb kobud şəkildə hədələyirlər”, – o bildirib.

Peskov qeyd edib ki, Qərb dövlətlərinin nümayəndələri təkcə Türkiyəyə deyil, digər ölkələrə də təzyiq göstərməyə çalışırlar:

“Bəzi ölkələrdə, məsələn, Çində bunu daha nəzakətlə edirlər. Çin hakimiyyəti daha güclü, daha suverendir. Digər məsələlərlə yanaşı, ölkənin malik olduğu iqtisadi problemləri və sairləri də nəzərə alsaq, ola bilsin ki, Türkiyə bu təzyiqin öhdəsindən çətinliklə gəlir. Amma bununla belə, Prezident Ərdoğan öz ölkəsinin maraqlarını kifayət qədər inandırıcı şəkildə müdafiə edir”.

Teqlər: