İndi belə bir məsələ müzakirə mövzusu deyil. Məni maraqlandırmır. Bu mövzu ilə bağlı beynəlxalq müzakirələrin nəticəsi Mərmərə bölgəsində zəlzələnin baş verəcəyi ilə bağlı gözləntidir.
AzerTimes xəbər verir ki, bunu türkiyəli məşhur geoloq Naci Görür İstanbulda gözlənildiyi deyilən zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu bölgənin tarixində də seysmik aktivliklər çox olub. Bizans və Osmanlı tarixindən bilirik. Türkiyədə bu mövzunu bizim qədər tədqiq edən başqa bir qrup yoxdur. Sadəcə türklər deyil, italıyalılar, fransızlar, yaponlar da açıqlama verir.
İstanbulda əhalinin sıxlığı və yaşayış binalarının sayı çoxdur. Binaların 60 faizi seysmik xidmətlə təchiz edilməyib. Gözlədiyimiz zəlzələdə itkilərimiz daha çox ola bilər. Logistika, yerləşmə problemləri yaranar. Hətta xilasedicilərin əraziyə gəlməsi qeyri-mümkün ola bilər”, – N.Görür qeyd edib.