Görür: Antalya sunamiyə məruz qala bilər

Görür: Antalya sunamiyə məruz qala bilər

Böyük maqnitudalı zəlzələdə Antalya sunamiyə məruz qala bilər.

AzerTimes xəbər verir ki, bu sözləri İstanbul Texniki Universitetinin professoru, tanınmış alim Naci Görür Antalyada təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

“Antalyada sunami riski mövcuddur. Xüsusən cənubdakı Helen-Kipr xəttində subdiksiya zonaları dünyada sunami yaradan ən böyük zonalardır. Dəniz səviyyəsindən yüksəkdə olduğunuz halda sunami zərər verməz, lakin sunami dalğalarının 10 metrə çatdığını nəzərə alın. O zaman 10 metr dəniz səviyyəsindən aşağıda olan hər yer su altında qala bilər. Bu səbəbdən Antalyada zəlzələ ilə bağlı tədbirlər görülərkən sunami cədvəlləri qoyulmalı, təhlükə riski olan ərazilər qeyd edilməlidir”, – deyə o bildirib.

Teqlər: