Gördünüzmü İran necə qorxub geri çəkildi? – Jdanov

Gördünüzmü İran necə qorxub geri çəkildi? – Jdanov

Bu gün Rusiyaya silah vermək və bütün AB-yə qarşı çıxmaq Çin üçün intihar olar.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı ekspert Oleq Jdanov Rusiya, Çin, İran və Şimali Koreyanın mümkün ittifaqı ilə bağlı sualları cavablandırarkən deyib.

“Çin sadəcə təhdid edə bilər. “Bizim işimizə qarışmayın, yalnız biz müəyyən edirik” – bunlar sadəcə ucadan səslənən siyasi bəyanatlardır. Düşünmürəm ki, bu bəyanatlar ittifaqa (İran, KXDR, Çin və Rusiya) çevrilsin. Bizi dəstəkləyən ölkələrin ÜDM-si, imkanları bu 4 ölkədən daha çoxdur. Gördünüz, İran növbəti sanksiyalara məruz qalmamaq üçün Rusiyaya ballistik raket tədürükün necə ləğv etdi?!”, – deyə ekspert bildirib.

Teqlər: