Goranboyun bir neçə yaşayış məntəqəsi işıqsız qaldı

Goranboyun bir neçə yaşayış məntəqəsi işıqsız qaldı

Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, həmçinin Gəncə şəhər və ətraf rayonlarda da güclü külək müşahidə olunur.

Teqlər: