Goranboya yağan güclü yağış selə səbəb olub.
AzerTimes xəbər verir ki, sel xüsusən rayonun Ağcakənd və Börü kəndlərində bəzi çətinliklər yaradıb.
Beləki, sel suları kəndin avtomobil yollarının bir hissəsini yuyub, sakinlərin əkin sahələrinə ziyan vurub. Rayon Fövqaladə Hallar Komissiyasının rəsmiləri kəndə gəlib. Dəyən ziyanın hesablanması aparılır. Hazırda Gəncə və ətraf bölgələrdə yağışlı hava şəraiti davam edir.