Xəbər - Çingiz Səfərli – Trend:
Goranboy rayonunda yerləşən xurma bağlarında aparılan monitorinqlər nəticəsində meyvə ağaclarında müxtəlif zərərvericilərlə sirayətlənmə hallarına rast gəlinib.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən aparılan monitorinqlər çərçivəsində aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahibləri geniş məlumatlandırılıb.
Onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.
Twitter: @cingizsafarli