Goranboyda sel 20 evə və 200 hektar əraziyə zərər vurdu

Goranboyda sel 20 evə və 200 hektar əraziyə zərər vurdu

Goranboyda selin yaratdığı fəsadlar aradan qaldırılır.

AzerTimes Report-a istinadən xəbər verir ki, rayonun İcra Hakimiyyətinin rəhbər şəxsləri və digər qurumların əməkdaşları tərəfindən selin ziyan vurduğu bütün ərazilərə sakinlərlə birlikdə baxış keçirilib.

Elektrik enerjisi verlişi və təbii qaz təminatı bərpa olunub, yolların və sel ötürücü kanalların bərpası isə davam etdirilir.

Qeyd edək ki, sel nəticəsində 20-yə yaxın fərdi yaşayış evi və həyətə su dolub, 200 hektara yaxın əkin sahəsinə, Qazanbulaq qəsəbəsi ərazisində isə Kürəkçay çayı üzərində yeni inşa edilmiş beton körpüyə ziyan dəyib.

Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Teqlər: