Goranboyda polis əməkdaşı qəza törətdi

Goranboyda polis əməkdaşı qəza törətdi

Goranboyda polis əməkdaşı qəzaya düşüb.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib.

Minik avtomobilinin köməkçi yoldan əsas yola çıxdığı zaman qəzaya düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nurlan Abbasov Xocalı Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Teqlər: