Goranboy rayonunda narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Ağdam rayon sakini Röyal Məmmədov Goranboy rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Pərviz adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Pərviz Məmmədov da saxlanılıb. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd sellofan torbada çəkisi 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.