Goranboyda ikimərtəbəli ev yanıb

Goranboy rayonunun Qaraçinar kəndində ümumi sahəsi 156 m² olan (hər mərtəbəsi 78 m², 2-ci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: