Goranboyda evə girən oğrular ər və arvadı döydü

Goranboyda evə girən oğrular ər və arvadı döydü

Goranboyda evə girən oğrular ər və arvadı döyüb.

AzerTimes xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.

Xəsarət alan 1951-ci il təvəllüdlü Səməd Həmid oğlu Verdiyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Sədaqət Ədil qızı Verdiyeva xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: