Goranboyda avtomobil yolunun tikintisinə 3,6 milyon manat ayrılıb – Sərəncam

Prezident İlham Əliyev Goranboy rayonunun
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil
yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam
imzalayıb.

Sərəncamda qeyd edilir ki, on dörd min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil
yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.26.11-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə 3,6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılır.

Teqlər: