Goranboyda avtomobil qəzası: yaralılar var

Goranboyda avtomobil qəzası: yaralılar var

Goranboy rayonunun Xanqərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, VAZ-21015 və VAZ-2104 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.

Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: