Goranboyda ağır qəza oldu

Goranboyda ağır qəza oldu

Goranboyun Dəliməmmədli kəndində 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.

“VAZ 2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Qəza zamanı yaralananlar – “VAZ-21015” markalı avtomobilin sürcüsü Gəncə şəhər sakini 28 yaşlı Vüqar Əliyev, “VAZ 2106”-nın sürücüsü Goranboy rayon Qaradağlı kənd sakini 35 yaşlı Baris Mövlayev, həyat yoldaşı 32 yaşlı Sveta Mövlayeva, qızları 11 yaşlı Əfsanə və 8 yaşlı Aysel, eləcə də sərnişin 32 yaşlı Mürvət Cəfərov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib. Uşaqlar Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, Sveta Mövlayeva ambulator müalicəyə buraxılıb. Digər 3 yaralının vəziyyəti isə orta-ağırdı.

Yaralılar daha sonra öz istəkləri ilə Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.