Goranboyda ağır qəza: ölən var

Goranboyda ağır qəza: ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: