Goranboy rayonunun Səfıkürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
AzerTimes Report-a istinadla xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.
Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.