Goranboy sakini minaya düşüb

Goranboyun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, kənd sakini otlaq sahəsində heyvan otaran zaman mina partlayıb.


“Hazırda polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar. Əlavə məlumat veriləcək”, – deyə qeyd olunur.

Teqlər: