Goranboy rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni
silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış
məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini
atəşə tutub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən
adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki
yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.

Teqlər: