Xəbər - Orxan Nəbiyev – Trend:
“Google” şirkətinin servislərinin işində qüsurlar yaranıb.
Trend-in məlumatına görə, şikayətlər əsasən Avropa ölkələrindən, xüsusilə Böyük Britaniya, Almaniya və Niderlanddan daxil olub.
İstifadəçilər əsasən “Google”a məxsus saytların işindən narazılıq edir.
Eyni zamanda, şirkətə məxsus “YouTube” servisinin işində də qüsurların yarandığı bildirilib. Şikayətlər videoların baxılması zamanı yaranan çətinliklərlə bağlıdır.