Google yeni Pixel 4a smartfonunu dunya bazarina satışa çıxarır

Google yeni Pixel 4a smartfonunu dunya bazarina satışa çıxarır

Dünya bazarına artıq telefon brendi olaraq da girən “Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib.

Bu barədə Google INC şirkəti məlumat yayıb.

“Pixel 4a” telefonunu təqdim edirik. “Google”un əlverişli qiymətə, səmərəli telefonu”, – deyə, şirkətdən bildirilib.

Yeni smartfon 5,81 düym ekrana, 6 GB operativ, 128 GB daxili yaddaşa malikdir.

Qeyd olunub ki, “Pixel 4a” artıq bu ayın 20-dən etibarən satışa çıxarılacaq. Smartfonun qiyməti 349 ABŞ dolları olacaq.