Google yeni əməliyyat sistemi yaratmağa başladı

Google yeni əməliyyat sistemi yaratmağa başladı

Android 8.0 Oreo əməliyyat sisteminin təqdim olunmasından bir həftə sonra “Google” şirkətinin proqramçıları, Android P adlı yeni versiyanın hazırlanmasına start veriblər.

Məşhur əməliyyat sisteminin yeni versiyasının adı, P hərfi ilə başlayacaq.

Qeyd etmək lazımdır ki, yeni Android 8.0 Oreo-nu hal hazırda yalnız Pixel və Nexus smartfonlarının sahibləri əldə ediblər. İndi isə şirkət, yeni əməliyyat sisteminin hazırlanması ilə məşğuldur.

Android P, çoxlu sayda Android Open Source Project (AOSP)-də də hallanır. Orada sistem, “master-p” kimi qeyd olunub. Bundan əlavə olaarq Android-in 9-cu versiyasının izləri həmçinin AOSP-də də aşkarlanıb. Əməliyyat sisteminin sınaq edilməsi üçün Google’un öz smartfonları – Pixel və Pixel XL modelləri qeyd edilib.

Çox güman ki, yaxın zamanda Google Android-ə yeni ad seçəcək.