Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanda “Google” şirkətinin yeni brendi, “Google Developers Group Games” (GDG) şirkətinin dünyada üçüncü mərkəzi açılacaq.
Bunu Trend-ə “Gamepons” şirkətinin təsisçisi Fidan Rüstəmli deyib.
Onun sözlərinə görə, mərkəzin açılışı mayın 25-də keçiriləcək:
“GDG Games”in məqsədi yerli oyun şirkətlərinin inkişafına kömək etmək, istehsalçıları seminarlarda iştiraka, təcrübə mübadiləsinə cəlb etməkdir. Koronavirus pandemiyası dövründə “Google, “Amazon”, “Microsoft” kimi şirkətlər oyun sektoruna fəal şəkildə daxil olmağa başladı. Bu məqsədlə “Google” GDG brendini yaradıb. Bizim “Gamepons” şirkəti “GDG Games”in nümayəndəsi olacaq”.
(Tərcümə: Orxan Nəbiyev)