“Google” və “Facebook” “G7″üzv ölkələrinin maliyyə nazirlərinin beynəlxalq vergi qaydalarının yenilənməsi üçün apardıqları işləri dəstəklədiklərini bildiriblər.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu işlər çərçivəsində böyük transmilli şirkətlər üçün minimum 15 faiz gəlir vergisinin tutlması barədə qərarın qəbl edilməsi nəzərdə tutulur.
“Facebook uzun müddətdir qlobal vergi qaydaları islahatına çağırır və “G7″də əldə olunan mühüm irəliləməni alqışlayır. Biz beynəlxalq vergi islahatı prosesinin uğurlu olmasını istəyirik və bunun “Facebook”a daha çox vergi ödəməsi mənasına gələ biləcəyini qəbul edirik”, – şirkətin qlobal işlər üzrə şöbə rəhbəri Nik Kleq “Twitter” səhifəsində yazıb.
“Beynəlxalq vergi qaydalarının yenilənməsi üçün aparılan işləri qətiyyətlə dəstəkləyirik. Ölkələrin balanslı və davamlı bir razılaşmanın tezliklə əldə edilməsi üçün birlikdə çalışmalarını davam etdirmələrinə ümid edirik”, – “Google” mətbuat katibi Xose Kastaneda açıqlamasında bildirib.