Google şirkəti seysmoloji xəbərdarlıq şəbəkəsi qurur

Google şirkəti seysmoloji xəbərdarlıq şəbəkəsi qurur

“Google” dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini qurmağa hazırlaşır.

Google şirkəti Android smartfonlardan zəlzələ tanıma üçün ən geniş şəbəkə yaratmaq niyyətini açıqlayıb.

“Bu andan etibarən Android telefonunuz yaşadığınız yerdə zəlzələ siqnalı sisteminin bir hissəsi ola bilər. Bu o deməkdir ki, telefonunuz mini seysmometr ola bilər və dünyanın ən böyük zəlzələ siqnalı sistemini yaratmaq üçün milyonlarla digər Android telefonlarına qoşula bilər”, – məlumatda bildirilir.