“Google” brendi 2012-ci ildən bəri ilk dəfə Top-3-lükdən çıxıb.
Bunu “Interbrand Corporation”ın 2020-ci il üçün tədqiqat məlumatları sübut edir.
Ötən il ikinci yeri tutan “Google” dördüncü mövqeyə enib. Belə ki, onun dəyəri 1% (165,4 milyard dollarədək) azalıb.
“Apple” brendi səkkiz il ərzində dünyada ən bahalı olaraq qalır: onun dəyəri ötən il ərzində 38% artıb və demək olar ki, 323 milyard dollara çatıb.
Üçüncü mövqedən ikinciyə “Amazon” brendi çıxıb. Onun qiymətinin sıçrayışı 60% (200,7 milyard dollaradək) təşkil edib və bu ilin reytinqində maksimal olub.
Dördüncü yerdən üçüncüyə isə “Microsoft” qalxıb (53% artım, 166 milyard dollaradək).