ABŞ-da “Google” şirkətinin keçmiş əməkdaşı şirkəti qaradərili
işçilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək,onu məhkəməyə
verib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi Kaliforniya ştatının
Şimal dairəsi üzrə federal məhkəməyə verilən vəsatət istinadən
bildirib.
İddiaya əsasən, “Google” qaradərili işçiləri aşağı ixtisaslı
işlərə göndərməklə ağdərili kişilərə üstünlük verir. Bildirilib ki,
şirkətin qaradərili əməkdaşları düşmən iş mühiti ilə də
üzləşiblər.
Şirkət agentliyin iddialarla bağlı şərh vermək xahişinə cavab
verməyib.