ABŞ-ın “Google” şirkəti istifadəçilərin Rusiyada “Google News”
internet xidmətinin veb-saytına və tətbiqinə daxil ola
bilməyəcəyini təsdiqləyib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.
“Təsdiq edirik ki, bəzi [istifadəçilər] Rusiyada “Google News”
vebsaytına və tətbiqinə daxil olmaqda çətinlik çəkirlər, bu, bizim
tərəfimizdən hər hansı texniki problemlə bağlı deyil”, – deyə
şirkətdən bildiriblər.