“Google” İspaniyada 10 milyon avro cərimələnib

İspaniyanın Fərdi Məlumatların Müdafiəsi Agentliyi “Google”
şirkətini 10 milyon avro məbləğində cərimələyib.

Trend-in
məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, ABŞ şirkəti iki ciddi qayda pozuntusuna görə
cərimə olunub.

Məlumata əsasən, “Google” fərdi məlumatları heç bir hüquqi əsas
olmadan üçüncü tərəflərə ötürməkdə, eləcə də vətəndaşların
məlumatları silə bilməsinə əngəl yaratmaqda təqsirli bilinib.