Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
2021-ci ilin yanvarında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı ötən ilin dekabr ayı ilə müqayisədə 0,33 faiz artıb.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 78,02 faiz təşkil edib.
“Safari” brauzerinin yanvar ayında payı dekabrla müqayisədə 0,92 faiz azalaraq 9,56 faiz təşkil edib.
“Samsung Internet” brauzerinin payı 0,14 faiz artaraq 5,14 faizə bərabər olub.
Eyni zamanda, yanvar ayında “Opera” brauzerinin internet bazarında payı 0,52 faiz artaraq 3,78 faiz təşkil edib.
“Yandex Browser” brauzerinin payı 0,15 faiz artaraq 1,47 faiz, “Mozilla Firefox”un payı 0,62 faiz azalaraq 0,62 faiz təşkil edib.