Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.