Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, gömrük xidməti polkovniki Təyyar Tapdıq oğlu İbrahimov vəzifəsindən azad edilib.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, T.İbrahimov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.