Xəbər - Ceyhun Ələkbərov – Trend:
Son üç il ərzində gömrük əməkdaşları tərəfindən 4.6 ton narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar edilib.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
O bildirib ki, DGK əməkdaşlarının bu sahədə peşəkarlığı artıb:
“Belə ki, 2008-2017-ci illər (10 il) ərzində 3,05 ton narkotik vasitə, psixotrop maddələr və onların prekursorları aşkarlansa da, 2018-2020-ci illər ərzində isə bu rəqəm 4,6 ton olub”.