Gömrükdə aksiz markası olmayan siqaretlər müsadirə olunub (FOTO)

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Komitədən AzerTimes-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında Astara şəhəri ərazisində siqaretlərin “Renault Megane” markalı minik avtomobilinə yüklənərək daşındığı müəyyən edilib.


Keçirilən əməliyyat tədbiri zamanı “Renault Megane” markalı avtomobilin sürücüsü sorğu-sual olunub və avtomobilə gömrük baxışı keçirilməsi məqsədi ilə “Astara” gömrük postunun inzibati ərazisinə gətirilib. Yoxlama zamanı avtomobildə 2 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan müxtəlif adda 1440 ədəd siqaret aşkarlanıb.

Teqlər: