Gömrükdə 81 “Ayfon” müsadirə edildi

Gömrükdə 81 “Ayfon” müsadirə edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə AzerTimes-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Belə ki, Doha-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər.

Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan Respublikası vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “Ayfon” markalı (15 ədəd “Ayfon 14 Pro 128gb”, 20 ədəd “Ayfon 14 Pro 256gb”, 5 ədəd “Ayfon 14 Pro 512gb”, 20 ədəd “Ayfon 14 Pro Max 128gb”, 20 ədəd “Ayfon 14 Pro Max” 256gb”, 1 ədəd “Ayfon” 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər: