Gömrükdə 32 minə yaxın siqaret müsadirə olundu

Gömrükdə 32 minə yaxın siqaret müsadirə olundu

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveko” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərində daşınan iki ədəd “Toyota Kəmri” markalı avtomobilin qapılarında gömrük nəzarətindən gizlədilən 10 320 ədəd “Parliament” və 21 480 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.

Teqlər: