Gömrükçülər 4 min qutu siqaret müsadirə etdi

Gömrükçülər 4 min qutu siqaret müsadirə etdi

Aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda – 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Teqlər: